Ru
00:14 / 22 Sentyabr 2024

Bakıda kütləvi dava: Saxlanılanlar var - DİN-dən açıqlama

994
Bakının Xətair rayonunun Əhmədli qəsəbəsində baş verən kütləvi dava ilə bağlı təhqiqat araşdırmasına başlanılıb.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar:

"Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək".

23:49

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, davaya səbəb az əvvəl başa çatan “Fənərbağça” - “Qalatasaray” futbol oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb.

Hadisə ilə əlaqədar bir neçə nəfərin saxlanıldığı bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar