Bakının Nəsimi rayonunda ticarət mərkəzlərindən birində iki qadının mobil telefonu oğurlanıb.
Daxili İşlər Nazirliyindən
Bakupost.az -a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 43 yaşlı R.Seyidov saxlanılıb.
Nəsimi rayonu ərazisində bir nəfərin içərisində pul və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən 21 yaşlı A.Balaməmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Məlumata görə, oğurluq hadisəsi rayon ərazisindəki "Mall"lardan birində qeydə alınıb.