Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:42 / 03 Oktyabr 2024

Bakıda bıçaqlanan məktəbli xəstəxanada öldü - Cinayət işi açıldı - Yenilənib

4623

***

09:10


Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.


Bakupost.az report-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü A.S (şərtidir) həmyaşıdı D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxs məktəbin 10-cu sinif şagirdidir.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.


***
10:42

Yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb.

Bakupost.az Sabunçu rayon prokurorluğunun məlumatına istinadən xəbər verir ki, oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Bakupost.az -ın məlumatına görə, hadisə məktəbdən kənarda baş verib.

Hadisəni törədən şəxs məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.

***
11:18


Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bakupost.az -a bildirilib:


“02.10.2024-cü il tarixində saat 14:40 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Sağ budun yuxarı üçdə birinin iç və bayır səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Göstərilən reanimasion tədbirlərə baxmayaraq, kəskin qan itirmə və 4-cü dərəcəli hemorragik şok səbəbilə sözügedən şəxsin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb”.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar