Bakıda məktəbli döyülüb.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, yayılan görüntülərdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbə yaxın ərazidə bir qrup şagirdin əlbir olaraq digər şagirdə fiziki zorakılıq etdiyi görünür.
Daxili İşlər Nazirliyindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.