Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:53 / 19 Noyabr 2024

Bakıda məşhur liseyin direktoru cərimələnir

567
Bakı Avropa Liseyinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova barəsində cərimə protokolu tərtib edilib.

Bakupost.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, buna səbəb lisey direktorunun bəzi işçilərin əmək müqaviləsinə qanunsuz xitam verməsi göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bunu əsas götürərək Veysova Zülfiyyə Altay qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib edib.

Zülfiyyə Veysova nazirliyin qərarından Səbail Rayon Məhkəməsinə şikayət verib. İşə Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, həmin qanun pozuntusuna görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar