Ru
10:00 / 29 Mart 2024

Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq iki ayağını itirdi - FOTO - VİDEO

Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq iki ayağını itirdi - FOTO - VİDEO
Eye

Xətai rayonu Afiyyədin Cəlilov küçəsində ağır yol qəzası qeydə alınıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, əyləncə mərkəzinin məişət tullantılarını yük maşınına yükləyən Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşı 51 yaşlı Babakişiyev Məmməd Əzizağa oğlunu “Toyota” markalı avtomobil vurub.

Zərbə zamanı yük avtomobilinə çırpılan M. Babakişiyev hər iki ayağından ağır xəsarət alıb. Kliniki Tibbi Mərkəzə çatdırılan şəxs cərrahi əməliyyat edilib.

Növbətçi həkimin verdiyi məlumata görə, Məmməd Babakişiyevin hər iki ayağı amputasiya edilib.

Hadisə üzrə əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.






Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar