Ru
13:27 / 15 Mart 2025

Bakıda motosikleti insanların üzərinə sürən şəxs - Həbs edildi

Bakıda motosikleti insanların üzərinə sürən şəxs - Həbs edildi
Eye

Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.

Bakupost.az xəbər verir ki, hadisə martın 12-si saat 21 radələrində Xətai rayonu ərazisində baş verib.

Motosikletlə ictimai yerdə davranış qaydalarını pozaraq nəqliyyat vasitəsini insanların üzərinə sürən, həmçinin ətrafa güclü səs yayan şəxs polis tərəfindən saxlanılıb.

Onun Masallı rayon sakini 1981-ci il təvəllüdlü S.Həsənov (şərti) olması müəyyən edilib. Eyni zamanda saxlanılan şəxsin orta dərəcəli sərxoş vəziyyətdə olması ekspert rəyi ilə məlum olub.

Barəsində inzibati protokol tərtib edilən S.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs verilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar