Paytaxtın Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən "Supreme" oteldə yanğın hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülüb.