Ru
10:41 / 08 Aprel 2025

Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Eye

Bakıda qətl törədilib.

Bakupost.az -ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib.

Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.

Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar