Ru
01:16 / 26 İyul 2024

Bakıda qapı arxasında qalan uşaqlar xilas edildi

2119
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 2 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Bakupost.az -a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar