Ru
16:55 / 11 Aprel 2025

Bakıda özünü məktəbin binasından atan şagirdin SON DURUMU - YENİLƏNİB

Bakıda özünü məktəbin binasından atan şagirdin SON DURUMU - YENİLƏNİB
Eye

Aprelin 11-i saat 13:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, 220 saylı orta məktəbdən müraciət qeydə alınıb.


Bakupost.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən xəbər verilib.


Bildirilib ki, dərhal çağırış ünvanına briqada cəlb olunub. 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

“Pasiyentə belin küt travması diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda qeyd olunub.


****

16:43

Bakupost.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, hadisə intihara cəhd deyil:


"220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) II mərtəbənin pəncərəsindən yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır", - deyə məlumatda qeyd olunub.

*****
16:20

Bakıda 220 nömrəli məktəb-liseydə səkkizinci sinif şagirdi M.R. dərs zamanı özünü pəncərədən atıb.

Bakupost.az Manset.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

İlkin məlumata görə, şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra intihar məqsədilə bu addımı atıb.

O, ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq xəstəxanaya göndərilib.
Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar