Ru
12:49 / 17 Fevral 2025

Bakıda silsilə oğurluq edən şəxslər saxlanıldı

Bakıda silsilə oğurluq edən şəxslər saxlanıldı
739

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda içərisində 1 270 manat, 940 dollar, 7 300 rubl və şəxsiyyət vəsiqəsi olan pul kisəsini oğurlayan 64 yaşlı M.Nəcəfov müəyyən olunaraq Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər sayəsində saxlanılıb.

Analoji hadisə Nərimanov rayonu ərazisində də baş verib. Rayon sakininin 1000 manat dəyərində kosmetik vasitələrini və sənədlərini oğurlamaqda şübhəli bilinən yeniyetmə müyyən edilərək saxlanılıb.

Bundan başqa mağazaların birindən 750 manatlıq tütün məmulatı, 2 min manat dəyərində inşaat materialları oğurlayan 18 yaşlı F.Kərimov və əvvəllər məhkum olunmuş 34 yaşlı B.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar