Bakıda “Alleqoriya” incəsənət platformasının təşkilatçılığı ilə yerli rəssamların əsərlərindən ibarət sərgi keçiriləcək.
Bakupost.az xəbər verir ki, fevralın 27-dən etibarən bir ay müddətində açıq olacaq.
Platforma yerli rəssamlara dəstək vermək və gənclərin incəsənətə marağını artırmaq məqsədilə növbəti dəfə sərgi təşkil edir. Ötən ilin aprelində Bakı Dövlət Universitetində rəsm sərgisi keçirən “Alleqoriya” bu dəfə yenidən rəsm sərgisi keçirəcək.
“Sözlərdən rənglərə” adlı sərgidə əsasən bədii ədəbiyyatdan ilhamlanaraq çəkilmiş əsərlərsərgilənəcək.Platformadan bildirib ki, bu dəfə sərgi “XG” kafedə keçiriləcək.
“İncəsənət yalnız uzaq sərgi salonlarında deyil, insanların gündəlik həyatında da olmalıdır. İlk sərgimizdən sonra da gördük ki, yaradıcı insanların işlərini daha çox insana çatdırmaq vacibdir. Buna görə də sərgiləri geniş kütlənin ziyarət etdiyi məkanlarda təşkil etməyə qərar verdik. İnanırıq ki, insanlar incəsənətə nə qədər yaxın olsalar, maraqları da bir o qədər artar”, - deyə, “Alleqoriya” platformasından bilirilib.
Tədbirə media nümayəndələri də dəvət olunub.