Bakıda daha bir nəfər texniki spirtdən zəhərələnərək ölüb.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
47 yaşlı Qaramin Dmitri Viktoroviçin meyiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir.
Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatdı.