Ru
13:55 / 25 Aprel 2025

Bakıda sürücülər arasında mübahisə - ÖLƏN VAR

Bakıda sürücülər arasında mübahisə - ÖLƏN VAR
Eye

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu Əliyev ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Yasin oğlu Əhmədov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində makler kimi fəaliyyət göstərib. Bu gün səhər saatlarında onun idarə etdiyi avtomobillə Maksimin taksi kimi sürdüyü maşın yolda üz-üzə gəlib və yol vermək üstündə aralarında mübahisə baş verib.

Hadisənin də bu mübahisə səbəbindən törədildiyi bildirilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar