Dekabr ayı toylarla zəngin aydır. Bu il isə dekabr üçün sifarişlərin sayı daha çoxdur.
Bakupost.az "Xəzər TV"yə istinadən xəbər verir ki, şadlıq evi işlədənlər belə bildirirlər.
Lakin yollar bağlanmadı, məhdudiyyət tətbiq olunmadı. Buna görə də noyabrda toy edənlər necə deyərlər qabağa düşmüş oldular. Çünki toyunu dekabra saxlayanların çoxu indi yer tapmaya bilərlər.
Restoran işlədənlərin sözlərinə görə, əslində şadlıq evlərində zəif və sezon ayları var. 2 ay məhərrəmlik, orucluq və may ayını çıxandan sonra yerdə qalan 8 ayın 4-ü zəif, 4-ü isə yaxşı aydır. Bu ilin dekabrı digərlərindən fərqlənərək daha yaxşı ay hesab olunacaq.