Ru
20:25 / 22 Oktyabr 2024

Bakıda tuneldə batan şəxslər çörək paylayırmış...

Bakıda tuneldə batan şəxslər çörək paylayırmış...
2259

Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində boğularaq ölən iki nəfər “Bakıxanov Çörək Zavodu”nun işçiləri olublar.

Bakupost.az Tribunainfo.az-a istinadən xəbər verir ki, zavodun işçiləri sübh 5-də çörək paylamaq üçün çıxıblar. Güman edilir ki, qaranlıq və yağış olduğu üçün tunelə suyun dolduğunu görməyiblər.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar