Ru
15:28 / 09 İyul 2024

Bakıda baş həkimin otağını yandıran şəxs saxlanıldı - Yenilənib

Bakıda baş həkimin otağını yandıran şəxs saxlanıldı -  Yenilənib
11236

***

14:58


Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.

***
15:28

Paytaxtda 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Bakupost.az -a DİN-in Mətbuat Xidmətindən bildirilib.


Araşdırma aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar