Ru
10:40 / 10 Oktyabr 2024

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs tutuldu

866
Oktyabrın 8-də saat 20 radələrində Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Bakupost.az xəbər verir ki, dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən 45 yaşlı S.Rüstəmov saxlanılıb.


O, araşdırma aparılması üçün 43-cü Polis Bölməsinə təhvil verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar