Paytaxtın Xətai rayonu ərazisində - metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən binada yanğın başlayıb.
Bakupost.az xəbər verir ki, binadan ətrafa güclü qara tüstü yayılır.
FHN Mətbuat xidmətindən bildirilib ki, əraziyə yanğınsöndürmə briqadaları göndərilib: “Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.