Ru
11:49 / 30 Dekabr 2024

Bakıda yaşayış kompleksində xəncərli hücum - FOTO/VİDEO

Bakıda yaşayış kompleksində xəncərli hücum - FOTO/VİDEO
Eye

Bakının mərkəzində yerləşən “Capital Towers” yaşayış kompleksində insident baş verib.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə etdikləri deyilən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər.

Mühafizəçi hadisə yerinə çatanda narkotikin təsiri altında olduğu bildirilən şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq mühafizəçini söyməyə və döyməyə başlayıblar.

Vəziyyətin nəzarətdən çıxdığını görən mühafizəçi özünü 1-ci mərtəbəyə çatdırmağa çalışıb. Ancaq əlində xəncər olan şəxslərdən biri ona hücum edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimovun açıqlamasına görə, mühafizəçiyə xəncərlə hücum edən şəxs saxlanılıb: “Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:

https://t.me/oxuaze/119055

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar