Ru
21:56 / 19 Fevral 2025

Bakıda yeni bulvar salınacaq - FOTO

Bakıda yeni bulvar salınacaq - FOTO
Eye

Bakı şəhərində yeni bulvar salınacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.

Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.

Belə ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Hazırda isə Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib, asfalt üçün alt qat hazırlanıb. Yaxın zamanda iş gücləndirilmiş rejimə keçəcək. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq.

Ərazidəki yeni bulvarda restoranlar, kafelər, dairəvi velosiped yolunun çəkilməsi də nəzərdə tutulub.

Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, katamaran və istirahət yerləri salınacaq.

Həmçinin Bülbülə gölünün üzərindən körpünün salınması da nəzərdə tutulub.

Qeyd edək ki, Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.

Bakıda yeni bulvar salınacaq - FOTO
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar