***
10:04
Bakıda gənc oğlan avtomobilin qapısını açaraq ətrafa silah tuşlayıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Yayılan görüntülərdə “Ford Tranzit” markalı 07-BH-637 nömrəli avtomobildəki gənc tıxac zamanı qapını açaraq əlindəki silahı ətrafa doğru tuşlayıb.
Silahın həqiqi və ya oyuncaq olması bilinməsə də, baş verən hadisə insanları qorxudub.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.
***
14:22
Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən
Bakupost.az -a verilən məlumata görə, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib.
Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib.
Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.