2024-cü ilin noyabr-dekabr aylarında "BakuBus" MMC 161 ədəd elektrik avtobusu (“ecobus”) istifadəyə verib.
Bu barədə
Bakupost.az -a "BakuBus" MMC-dən məlumat verilib.
Məlumata görə, “ecobus”lar sıfır emissiya texnologiyası ilə təchiz edilib. Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir.
Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.