Ru
12:25 / 05 Yanvar 2025

Bakıdan göndərilən humanitar yardım Suriya sərhədinə çatdı

Bakıdan göndərilən humanitar yardım Suriya sərhədinə çatdı
1491

Bakıdan yola düşən və 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Türkiyədən keçərək bu ölkənin Suriya ilə sərhədinə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verir.

Bildirilir ki, hazırda maşınlar Kilisdəki Çobanbey sərhəd-keçid məntəqəsindədir və gömrük prosedurlarımdan sonra Suriya ərazisinə daxil olacaqlar.

Tranzit Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında həyata keçirilir.

Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.

Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar