“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bakupost.az xəbər verir ki, AZAL-dan bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
******
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
AZAL-dan APA-ya bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
*****
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
Bakupost.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.
Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var.
Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb.
*****
AzAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır.
Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.
Vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
*****
Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
*****
AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır.
Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.
Vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
****
Bakupost.az Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, qəzaya uğrayanlardan 10 nəfər Aktau çoxprofilli xəstəxanasına yerləşdirilib.
Qeyd olunub ki, təyyarə qəzasında sağ qalanların sayı 12 nəfər ola bilər.
*****
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bakupost.az xəbər verir ki, Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktauda qəzaya uğrayan təyyarədə 14 nəfər sağ qalıb.
Məlumata görə, 14 yaralı Manqistau regional xəstəxanasına çatdırılıb, onlardan 5-i ağır vəziyyətdədir.
*****
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
Xəsarət alanlardan 3-ü uşaqdır.
****
Qazaxıstan FHN-in ən son məlumatına görə, hadisə zamanı 28 nəfər sağ qalıb.
Vahabilərin işidi