Ru
15:45 / 26 Avqust 2024

Bakının 5 rayonunun ən fəal namizədləri - Mandatı kim qazanacaq?

 Bakının 5 rayonunun ən fəal namizədləri - Mandatı kim qazanacaq?
15493

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

Ötən yazımızda 21 dairədə namizədlərin şanslarını dəyərləndirmişdik.


Bu dəfə isə Nəsimi, Yasamal, Səbail, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən seçki dairələrindəki vəziyyəti dəyərləndirəcəyik.




22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən 8 namizəd qeydə alınıb. Onlardan 4-ü siyasi partiyalardan (YAP, REAL, "Azad Vətən" və DİP) olan namizədlər, 4-ü isə bitərəfdir. Bu dairədən YAP-ın namizədi "Dental" Estetik Klinikasının direktoru Xaliq Hüseynovdur. Əsas mübarizənin də YAP təmsilçisi ilə DİP və REAL sədrləri Asim Mollazadə və İlqar Məmmədov arasında olacağı gözlənilir. İlqar Məmmədov fəal seçki kampaniyası aparsa və şansı yüksək dəyərləndirilsə də, siyasi müşahidəçilər buradan Asim Mollazadənin mandat qazanacağını iddia edirlər.




23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən isə 10 namizəd deputat mandatı uğrunda mübarizəyə qoşulub. Onlardan yalnız 4 nəfər siyasi partiya (YAP, REAL, AXP və Ağ Partiya) təmsilçisi, qalanları bitərəflərdir. Qeyd edək ki, müğənni Elza Seyidcahan da bu dairədən namizədliyini irəli sürüb. Həmçinin sabiq deputat Ziyad Səmədzadə də 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizəddir. Bu dairədə əsas mübarizənin adı çəkilən iki şəxs, "Paşa Sığorta"nın mütəxəssisi Nigar Babayeva və AXP-nın namizədi Əvəz Temirxan arasında olacağı gözlənilir. Böyük ehtimalla Nəsimi seçicilərini Milli Məclisdə yenə də Ziyad Səmədzadə təmsil edəcək.


24 saylı Nizami birinci Seçki dairəsindən 8 namizəd qeydə alınıb. Bu dairədən iki partiyanın - YAP və HƏP-in təmsilçiləri ilə yanaşı sabiq deputat Könül Nurullayeva da mandat uğrunda mübarizə aparacaq. Dairədə əsas mübarizənin onunla YAP-ın namizədi - SOCAR-ın Neft Kəmərləri İdarəsinin şöbə müdiri Ramil Rüstəmov arasında gedəcəyi ehtimal olunur. K.Nurullayevanın yenidən deputat seçilmək şansının o qədər də yüksək olmadığı bildirilir.




25 saylı Nizami ikinci Seçki Dairəsində 7 namizəddən 5-i bitərəf, 2-si isə siyasi partiayaların (YAP-dan Əli Əhmədov, HƏP-dən Bəhram Mehdiyev) namizədləridir. Rəqibləri zəif olduğu üçün baş nazirin müavini Əli Əhmədovun bu dairədə ciddi müqavimətlə üzləşməyəcəyi və fəaliyyətini deputat kimi davam etdirəcəyi şübhə doğurmur.


26 saylı Sabunçu birinci Seçki Dairəsindən 8 namizəddən 5-i bitərəf, 3-ü isə YAP, VHP və BQP-nin namizədləridir. Burada əsas mübarizənin VHP-çi gənc namizəd Sabir Ağayevlə BQP sədri, sabiq deputat Fazil Mustafa arasında gedəcəyi gözlənilir. F.Mustafanın yenidən deputat seçilmək şansı yüksək dəyərləndirilir.





27 saylı Sabunçu ikinci Seçki Dairəsində də bitərəf namizdələr (6 nəfər) üstünlük təşkil edir. Burada siyasi partiyalardan YAP (Səbinə Qasımova, məktəb direktoru) və AMİP-in (Arzuxan Əlixadə, sədr) namizədləri var. Digər namizədlərin işsiz, tələbə və bələdiyyə nümayəndələri olduğunu nəzərə alsaq, bu dariədə Arzuxan Əlizadənin qalib gəlmək şansı yüksəkdir.


28 saylı Sabunçu üçüncü Seçki Dairəsində YAP, GAP və DİP-in namizədləri ilə yanaşı 5 nəfər bitərəf də mübarizəyə qoşulub. Həm siyasi partiya, həm də bitərflər o qədər də tanınan şəxslər olmadığından bu dairədən sabiq deputat Eldar Quliyevin yenidən mandat qazanacağı gözlənilir.




29 saylı Sabunçu dördüncü Seçki Dairəsindən siyasi partiyalardan yalnız YAP namizəd irəli sürüb. Bu dairədə ən fəal namizədlər YAP-çı İlahə Abdullazadə və "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənovdur. İkincinin qələbə qazanmaq şansı daha çoxdur.


30 saylı Suraxanı birinci Seçki Dairəsindən 3-ü siyasi partiyalardan (YAP, Ümid, Ağ Partiya), 4-ü bitərəf olmaqla 7 nəfər mandat uğrunda mübarizə aparacaq. Burada əsas mübarizənin YAP-ın namizədi, sabiq deputat Sevinc Fətəliyeva ilə "Ümid"in namizədi İlahə Sadıqova arasında olacağı gözlənilir. S.Fətəliyevanın qələbə qazanmaq imkanları daha yüksək qiymətləndilir.


31 saylı Suraxanı ikinci Seçki Dairəsində siyasi palitra daha rəngarəngdir. Buradan 5 partiya (YAP, Müsavat, MDHP, REAL və BAP) təmsilçisi və 3 bitərəf namizəd qeydə alınıb. Əsas mübarizənin YAP, Müsavat və REAL-ın namizədləri arasında olacağı gözlənilir. Lakin buradan XİN-in idarə rəisi, bitərəf namizəd Qaya Məmmədovun qələbə qazanmaq ehtimalı daha yüksəkdir.




32 saylı Suraxanı üçüncü Seçki Dairəsində isə siyasi partiya və bitərəf nazmidələrin sayı (3+3) bərabərdir. Burada ən fəalllar YAP-ın namizədi, sabiq deputat Afət Həsənova, jurnalist Əfqan Quliyev və müsavatçı İlqar Quliyevdir. Afət Həsənovanın yenidən deputat mandatı qazanmaq şansı digərlərindən daha üstündür.


Zaur
BakuPost

Şərhlər
  • Roma

    Mənim üçün Bakıdan kimlərin deputat seçiləcəkləri o qədər də maraqlı deyil. Ancaq Ziyad Səmədzadənin deputat seçilməsinin qəti əleyhinəyəm. Əvvəla əslən Neftçaladan olan, iş adamı olmuş, hazırda orada vaqonda yaşayan, özünün deməyinə görə Ziyadın təhriki ilə keçmiş MTN zabitləri tərəfindən, 8-10 milyonu əlindən alınmış, necə deyərlər lüt-üryan olmuş, ailə üzvlərinin bu dərdə tab gətirməyərək dünyalarını dəyişmiş bu adamı qeyd etdiyim kimi, dolayısı ilə Ziyad bu günə salmışdır. Yox əgər belə deyilsə, Ziyad desin ki, bu adam mənə şər atır və versin Məhkəməyə ki, "tanınmış adamam, şərəf ləyaqətim təhqir olunub". 2-cisi 1993-cü ilin iyun hadisələri vaxtı, onun Milli Məclisdən Naxçıvana zəng edərək Heydər Əliyevi soruşması kadrlarına baxarkən, öz mənəviyyətini büruzə verir...bu qədər...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar