Ru
12:02 / 04 Mart 2025

Bakının bu ərazisində avtovağzal açılacaq

Bakının bu ərazisində avtovağzal açılacaq
Eye

Martın 4-dən "Azerbaijan Ground Service” MMC tərəfindən "Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin məlumatında bildirilir.

Məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.

Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

Vətəndaşlar biletləri "biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.

İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar