Bu gün Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə
Bakupost.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, "Azəristiliktəchizat" ASC-nin sifarişinə əsasən Sahil qəsəbəsində yerləşən 5 ədəd qazanxananı təbii qazla təmin edən qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəbəkəyə qoşulması, qaz xətti üzərində sayğacın və tənzimləyicinin quraşdırılması məqsədilə noyabrın 14-də saat 10:00-dan 13:00-dək qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.