Metronun "İçərişəhər" stansiyasının yaxınlığında yerləşən məşhur "Soloha" restoranında oğurluq hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə müəssisənin sahibi Lidiya Əliyeva özünün İnstaqram hesabında məlumat yayıb.
"Bu gecə "İçərişəhər"dəki "Soloha Baku" restoranım qarət olunub, özümü çox məyus hiss edirəm. Oğru pəncərədən içəri daxil olaraq, qiymətli əşyaları oğurlayıb və gedib", - o yazıb.
Onun sözlərinə görə, polis artıq hadisə ilə bağlı araşdırma aparır.