Ru
16:08 / 15 Aprel 2025

Bakıya güclü leysan yağacaq, bu yerləri su basacaq - XƏBƏRDARLIQ

Bakıya güclü leysan yağacaq, bu yerləri su basacaq - XƏBƏRDARLIQ
Eye

Bakıda və Abşeron yarımadasında gözlənilən hidrometeoroloji hadisə haqqında növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Aprelin 17-si səhər yağıntılar kəsiləcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar