Ru
12:55 / 06 Fevral 2025

Balakən Gömrük İdarəsinə rəis təyin olundu

Balakən Gömrük İdarəsinə rəis təyin olundu
866

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin olunub.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki , bununla bağlı DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin edilib.

Kamran Yusifov bundan əvvəl Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi təyin olunub.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar