Hansı bank etibarlıdır? - SORĞU
Ru
01:21 / 16 Oktyabr 2024

Bank kartları işləyəcək - "Azərikard"dan açıqladı

4065
15 oktyabr 2024-cü il tarixində bəzi sosial şəbəkələrdə və xəbər saytlarında Azərikard Prosessinq Mərkəzində əməliyyatların keçirilməsində çətinliklərin yaranacağı ilə əlaqədar yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bakupost.az xəbər verir ki, bu barədə "Azərikard"dan məlumat verilib.

“Məlumat üçün bildirmək istərdik ki, il ərzində proseslərin təkmilləşdirilməsi məqsədilə planlı işlərin keçirilməsi nəzərdə tutulur. Bu da öz növbəsində prosessinq fəaliyyətində tam şəkildə çətinliklərin olacağı ilə nəticələnmir.

“Azərikard” tərəfindən planlı yenilənmə işləri zamanı qısa təsir altına 3DS, SMS, Kart transfer və bəzi interfeys sistemləri düşə bilər. Əsas kanallar üzrə (POS, ATM) bank kartlarının fəaliyyətində hər hansı çətinlik olmayacaq", - deyə "Azərikard"dan bildirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar