Ru
11:14 / 21 Aprel 2025

Bank kartlarından daha 18 min pul oğurlandı

Bank kartlarından daha 18 min pul oğurlandı
Eye

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 17804 manat və 60 dollar oğurlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6350, 3000, 2000, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik vətəndaşların diqqətinə çatdırıb ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verilməsi kartdakı pulların oğurlanması və ya kredit götürülərək başqa hesablara köçürülməsi ilə nətticələnə bilər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar