Ru
16:30 / 08 Yanvar 2025

Banklar niyə kiçik sahibkarlara kredit vermək istəmir? - Açıqlama

Banklar niyə kiçik sahibkarlara kredit vermək istəmir? - Açıqlama
1077


"Kiçik və orta sahibkarların ən böyük problemlərindən biri maliyyədir. Onların əmlakları məhdud olduğu üçün girov qoymaq imkanları da olmur. Bu baxımdan maliyyəyə çıxışda çətinliklər var. Digər tərəfdən, qanunvericilikdə kiçik və orta sahibkarların maliyyə çıxışları üçün xüsusi güzəştlər sistemi yoxdur. Sahibkarlığın İnkişaf Fondunda layihələr təsdiq olunarsa, yalnız kiçik və orta deyil, bütün sahibkarlar üçün güzəştli şərtlərlə, 5-6 faizlə kredit cəlb edə bilərlər”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib.


O bildirib ki, dövlətin sahibkarlara maliyyə dəstəyi İpoteka və Zəmanət Fondu vasitəsilə həyata keçirilir:

"Yəni onlara subsidiyalarla dəstək olunur. Amma ümumi şəkildə ciddi problemlər qalmaqdadır və Azərbaycan reytinqlərdə, sorğularda, bununla əlaqədar bütün araşdırmalarda ilk üçlükdə yer alır".

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, biznes qurmaq üçün kiçik və orta sahibkarlara maliyyə dəstəyi zəruridir:


"Bizdə isə problem odur ki, banklar biznes kreditlərini çox çətinliklə ayırırlar. Hətta versələr belə, çox yüksək faizlə və qısa müddətli verirlər. Bu gün sahibkarların əsas problemləri uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanlarının məhdud olmasıdır”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar