Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:57 / 04 Dekabr 2024

“Bankların gözü qorxub, kredit götürmək çətinləşəcək" - Ekspert

1001

"Bank vətəndaşın maaşına baxır, görür rəsmi əməkhaqqı azdır. Amma vətəndaş deyir ki, qeyri-rəsmi gəliri var. Bank isə həmin gəliri tam dəqiq yoxlaya bilmir. Əgər kölgə iqtisadiyyatı az olsa, banklar da borc verdiyi şəxsin maliyyə vəziyyəti haqqında daha məlumatlı olar və bu da problemli kreditlərin artmasının qarşısını alar”.

Bunu Bakupost.az -a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov problemli kreditlərin artması barədə danışarkən bildirib.



Onun sözlərinə görə, problemli kreditlərin qaytarılmaması istehlakçıların da ziyanınadır:

"Çünki kreditlərin çox hissəsi batıbsa, deməli, artıq bankların kredit vermək üçün pulu azdır. Bu həm də o deməkdir ki, bankların gözü qorxub və kredit götürmək əvvəlki kimi asan olmayacaq”.

Sevinc, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar