Ru
10:20 / 13 Fevral 2025

Banklarla bağlı bu qayda təsdiqləndi

Banklarla bağlı bu qayda təsdiqləndi
1259

Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.

Bakupost.az AMB-yə istinadən xəbər verir ki, qaydanın əsas məqsədi banklarda fəaliyyətin davamlılığının artırılması və əməliyyat mühitində hadisələrə daha çevik reaksiyanı təmin etməklə, əhəmiyyətli maliyyə itkilərinin qarşısının alınmasını dəstəkləməkdir.

Yeni qəbul edilmiş requlyativ qaydada xüsusilə, banklarda əməliyyat risklərinin idarə edilməsi sisteminə, əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqinə, bankdaxili və nəzarət orqanına hesabatlılığa, habelə əməliyyat risk hadisələri barədə məlumat bazasının formalaşdırılmasına dair tələblər müəyyən edilib.

Bu çərçivənin tətbiqi banklarda əməliyyat riskləri hadisələrinə dair mövcud məlumat bazasının genişləndirilməsinə, əməliyyat risk hadisələri nəticəsində bankın qarşılaşdığı zərərin daha dəqiq hesablanmasına və növbəti dövrlərdə əməliyyat risklərinə dair kapital tələbləri üzrə banklar tərəfindən daha təkmil yanaşmaların tətbiqinə imkan yaradacaq.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar