"Barselona" klubu İspaniya millisinin heyətində Avropa çempionu olan futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayacaq.
Bakupost.az xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb.
Vinger 18 yaşına çatanda onun sözləşməsinin müddəti 6 il artırılacaq.
Artıq tərəflər bununla bağlı razılıq əldə ediblər. Oyunçunun təzminat məbləği 1 milyard avrodur.
Qeyd edək ki, Yamal cari mövsüm bütün turnirlərdə 16 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Vinger bu il İspaniya millisi ilə Avropa çempionu olub.