Ru
16:48 / 20 Noyabr 2024

"Barcelona"nın 2 gənc futbolçusu bu mükəfatı qazandılar

"Barcelona"nın 2 gənc futbolçusu bu mükəfatı qazandılar
Eye

İspaniyanın "Barselona" klubunun futbolçuları Lamin Yamal və Aytana Bonmati "2024 Barça Players Award" mükafatına layiq görülüblər.

Bakupost.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bu mükafat onlara ötən mövsüm həm meydanda, həm də ondan kənarda nümunəvi davranışlarına, həmçinin klubun dəyərlərini qoruduqlarına görə "Agrupacio Barça Jugadors" (Barselona Oyunçular Birliyi) tərəfindən verilib.

Qeyd edək ki, L.Yamal ötən ay Avropada ilin ən yaxşı gənc futbolçusu mükafatına layiq görülüb. A.Bonmati isə bu ilin yanvarında FIFA tərəfindən ən yaxşı qadın futbolçu seçilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar