Ru
17:01 / 21 Yanvar 2025

Xəstəxana direktoru işdən çıxarıldı - RƏSMİ

Xəstəxana direktoru işdən çıxarıldı - RƏSMİ
973

Zaqatala rayonu Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva vəzifəsindən çıxarılıb.

Bakupost.az xəbər verir ki, o, yanvarın 17-də kollektivlə sağollaşıb.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Tamara Fəxrəddin qızı Nurəliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) 21 yanvar 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar