Ru
17:52 / 24 Aprel 2025

Baş nazirdən “Azərenerji” prezidenti vəzifəsi ilə bağlı - Qərar

Baş nazirdən “Azərenerji” prezidenti vəzifəsi ilə bağlı - Qərar
Eye

“Azərenerji”nin prezidenti vəzifəsi İdarə Heyətinin sədri vəzifəsinə çevrilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarda qeyd olunub ki, ASC-nin ali idarəetmə orqanı onun ümumi yığıncağıdır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirəcək.

İdarə Heyəti 3 üzvdən – Prezident tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarətdir. Cəmiyyətin yenidən təşkili və ya ləğvi Prezident tərəfindən həyata keçirilir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar