Ru
18:30 / 25 Sentyabr 2024

Baş nazirə içində güllə olan zərf göndərildi

699
Naməlum şəxslər Slovakiyanın baş naziri Robert Fikoya içərisində güllə olan zərf göndəriblər.

Bakupost.az Aktuality-ə istinadən xəbər verir ki, “göndəriş” bu gün səhər verilib.

"Biz təsdiq edə bilərik ki, Slovakiya Respublikasının Baş nazirinə ünvanlalan və içərisində güllə olan zərf bu gün hökumət ofisinə çatdırılıb", - Slovakiya hökumətinin mətbuat xidmətindən bildiirblər.

Qeyd olunur ki, baş nazirə ünvanlanan məktublar Məmurların və Diplomatik Nümayəndəliklərin Müdafiəsi İdarəsinin əməkdaşları tərəfindən yoxlanılır. Onların diqqətini mesajın görünüşü cəlb edib və rentgen müayinəsi zərfin içində güllə olduğunu göstərib.

Bratislava polisinin sözçüsü Mixail Zeyff bildirib ki, hazırda hüquq-mühafizə orqanları müvafiq təxirəsalınmaz tədbirlər görür.

Qeyd edək ki, bu ilin may ayında Slovakiyanın baş naziri Robert Fikonun həyatına sui-qəsd edilib. O, ağır güllə yaraları alıb və iki əməliyyat keçirib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar