Ru
10:27 / 27 Yanvar 2025

Baş prokuror: "Keçən il 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub"

Baş prokuror: "Keçən il 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub"
695

"Ötən il prokurorluq orqanları 75,3 milyon manatdan artıq məbləğdə ziyanı ödətdirib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyub".

Bakupost.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, keçən il prokurorluq orqanları 75 300 895 manat məbləğində ziyanın ödənilməsini təmin edib.

Həmçinin əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 453 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 432 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar