NASA dünya iqtisadiyyatını kökündən dəyişdirəcək nəhəng asteroid barədə xəbərdarlıq edib.
Bakupost.az -ın xarici KİV-ə istinadən məlumatına görə, dəyəri tam 8 kvintilyon funt olduğu təxmin edilən "16 Psyche" adlı asteroid, dünyada hər kəsi milyarder edə bilər. Onunla bağlı hərtərəfli araşdırma başlayıb. Belə ki, bu nəhəng qaya parçası platin, palladium və digər qiymətli metallarla zəngindir. Lakin NASA-nın bunu araşdırmasının əsas məqsədi bu göy cisminin kainatın əmələ gəlməsi ilə bağlı mühüm sirrini açmaqdır.
"16 Psyche"nin sirri
Bu qiymətli cism təxminən 220 kilometr diametrli nəhəng asteroiddir və 30 faizdən 60 faizə qədər metal tərkibi ilə diqqət çəkir. Tərkibindəki qiymətli metallar, xüsusilə platin və palladium avtomobil və elektronika sənayesi üçün kritik əhəmiyyətə malikdir.
Adambaşına 1 milyard funt düşəcək
Təxminlərə görə, asteroid Yerə gətirilərsə, Yer kürəsində adambaşına təxminən 1 milyard funt-sterlinq dəyərində sərvət düşə bilər.Eyni zamanda iqtisadçı ekspertlər bildirirlər ki, bu qədər böyük sərvətin dünya iqtisadiyyatına inteqirasiyası sarsıdıcı təsirlər yarada bilər.
Tsikil olaraq yaranan bu nəhəng dəyər azad bazar sistemini poza və böyük iqtisadi problemlərə səbəb ola bilər.
Bəs bu cism necə kəşf olunudu?
Elm adamları bu cismin formalaşması ilə bağlı müxtəlif nəzəriyyələrə diqqət yetirirlər. Bir nəzəriyyə göstərir ki, cism bir vaxtlar planetlərin quruluş bloku olan planetesimalın nüvəsi ola bilər. Ehtimal olunur ki, bu, şiddətli toqquşmalar nəticəsində xarici təbəqələri soyulmuş göy cismidir. Başqa bir nəzəriyyə asteroidin ferro-vulkanizm adlanan bir proses vasitəsilə maye metalın püskürməsi nəticəsində əmələ gəldiyini iddia edir. Hər iki nəzəriyyə bu nəhəng asteroidin kainatın tarixi haqqında mühüm məlumatları ehtiva etdiyinə diqqət çəkir.
Maliyyə realizasiyası qısa zamanda prioritet deyil
NASA bu cismlə bağlı araşdırmalarının nəticələrini yalnız 2030-cu illərin əvvəllərində ortaya çıxacağını bildirir. Ancaq bu gün də bu asteroidin kainatın sirlərinin açılmasında mühüm rol oynayacağı göz qabağındadır. NASA bu araşdırmada prioritetin maddi qazanc deyil, kainatın strukturunu və planet nüvələrini daha yaxşı başa düşməkdən ibarət olduğunu açıqlayıb.
Elgün, Bakupost