Ru
11:45 / 31 Yanvar 2025

"Xaricdə su qiymətinədir, bizdə benzin" - Tünzalə internetin qiymətindən şikayətləndi

"Xaricdə su qiymətinədir, bizdə benzin" - Tünzalə internetin qiymətindən şikayətləndi
870

Xalq artisti Tünzalə Ağayeva Azərbaycanda internetin baha olmasından şikayətlənib.

Bakupost.az xəbər verir ki, müğənni bu haqda yayımladığı videoda deyib. O bildirib ki, başqa ölkələrdə internet su qiymətinədir:

"İnternet başqa ölkələrdə su qiymətinədir. Bizdə niyə bu qədər bahadır? Evdən də, sizdən də bilirəm ki, bahadır. Bir-iki günə nə qədər meqabayt alırsınız... Bizdə internet benzin qiymətinə qalxıb. Ərəb Əmirliklərində küçədə internet tutur, özü də şifrəsizdir. Ölkəmizdə hər şey ən yeni, müasirdir. Amma gülməlidir ki, adi yerlərdə, məsələn, metroda internet tutmur. Necə ola bilər?".


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar