Başqırdıstanda ər-arvad birgə intihar edib.
Bakupost.az "Baza"ya istinadla xəbər verir ki, 36 yaşlı Artur və onun 34 yaşlı arvadı Lilinin cəsədlərini 14 yaşlı qızı aşkar edib.
Qız gecə yuxudan oyanıb valideynlərinin evdə olmadığını görüb. Onları axtarmaq üçün qaraja enəndə valideynlərinin cəsədlərini aşkar edib.
Yeniyetmə dərhal hadisə ilə bağlı polisə xəbər verib. İlkin müayinə zamanı ər-arvadın intihar etdiyi məlum olub. İntiharın səbəbləri məlum deyil.
Yaxınlarının dediyinə görə, 36 yaşlı ər çox qısqanc olduğundan onlar tez-tez mübahisə edirmişlər.
Nilay. BakuPOST