Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:03 / 22 İyul 2024

Bayden getdi, bəs kim qalib gələcək? - Zərdüşt Əlizadənin şərhi - VİDEO

3771
Xəbər verdiyimiz kimi, payızda ABŞ-da keçiriləcək prezident seçkilərində Cozef Bayden iştirak etməyəcək. O, namizədliyini geri götürüb və partiyasına Kamala Harrisin namizədliyini irəli sürməyi məsləhət görüb.


Bəs Baydenin geri çəkilməsi seçkidə demokratlarla respublikaçılar arasında mübarizəyə necə təsir edəcək?




Bakupost.az -ın sualını politoloq Zərdüşt Əlizadə cavablandırıb.
Onun sözlərinə görə, Demokratlar Partiyası bu addımla öz imkanlarını genişləndirmək istəyir. Çünki yaşlı və o qədər də sağlam olmayan Bayden onlara qələbə təmin edə bilməzdi:

“Partiyanın 4-5 nəfər prespektivli namizədi var. Onların zəngin təcrübəyə malikdirlər, ştatların qubernatorlarıdır, yaxşı danışırlar, 40-60 yaş arasındadırlar və onlardan birini seçsələr, partiyanın şansı artar. Əgər Bayden qalsaydı, demokratlar nəinki prezident vəzifəsini, həm də Senat və Konqres üzərində nəzarəti itirəcəkdilər. Bu, isə partiya üçün böyük bir faciə olacaqdı. Ola bilsin, partiya 20-30 illiyə hakimiyyətdən kənarda qalacaqdı. Bu baş verməsin deyə Baydeni məcbur etdilər ki, namizədliyini geri götürsün”.
"Azərbaycanın maraqları baxımından Donald Trampın, yoxsa demokratların namizədinin qələbəsi sərfəlidir" sualına isə Z.Əlizadə belə cavab verib:

“Şuşada Prezident İlham Əliyev dedi ki, adətən, Azərbaycanla Amerika arasında münasibətlər respublikaçılar dövründə daha yaxşı olub”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar