Ru
11:30 / 16 Yanvar 2025

Bayden: Heç bir prezident cəzadan yayına bilməz

Bayden: Heç bir prezident cəzadan yayına bilməz
Eye


Ağ Evin rəhbəri Co Bayden xalqa vida müraciəti zamanı deyib ki, ABŞ Konstitusiyasına prezidentin vəzifə səlahiyyətlərini icra edərkən törətdiyi cinayətlərə görə məsuliyyətdən azad edilməsinə dair düzəlişlər etmək lazımdır. Müraciət ABŞ-ın bütün aparıcı televiziya kanalları tərəfindən yayımlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti bildirib.

"Biz konstitusiyaya dəyişikliklər etməliyik, aydın olsun: heç bir prezident vəzifədə olarkən törətdiyi cinayətlərə görə məsuliyyətdən azad ola bilməz", - Bayden deyib.

Bundan əlavə, Bayden siyasətdə korrupsiya ilə mübarizənin vacibliyinə diqqət çəkib. O vurğulayıb ki, ABŞ seçki kampaniyalarının gizli maliyyələşdirilməsindən dərhal qurtulmalıdır.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar