ABŞ prezidenti Co Baydenin korteji Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) liderlərinin toplantısına xeyli yubanıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, o, tədbir başlayandan təxminən iki saat sonra gəlib.
Liderlik bəyannaməsinin qəbul edilməsinin planlaşdırıldığı sammitin yekun iclası yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə 18:00) başlayıb. Baydenin korteji hadisə yerinə yerli vaxtla saat 11:00 (Moskva vaxtı ilə 20:00) radələrində gəlib. Bütün bu müddət ərzində Baydenin görüş masasındakı yerini ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinq tutub.
Noyabrın 15-16-da Perunun paytaxtı Limada APEC İqtisadi Liderlərinin Toplantısı keçirilir.
Zaur, BakuPost