Amerika prezidenti Co Bayden ABŞ Müdafiə Nazirliyinə sələfi Donald Trampın təhlükəsizliyini dövlət başçısı olduğu dövrdəki kimi təmin etməyi tapşırıb.
Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Dinləyin, mən Müdafiə Nazirliyinə dedim ki, ona lazım olan hər şeyi verin, sanki o, hazırkı prezidentdir", - deyə Bayden Ağ Evdə Pentaqonun Respublikaçılar Partiyasının tələblərinə əməl edib-etməyəcəyi barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Əgər bu (tələb olunan avadanlıq-red.) bu kateqoriyaya aiddirsə, əla, deyilsə, ona (Trampa) [belə hərbi texnika verməməlidir"- Bayden vurğulayıb.
O, həmçinin zarafatla bildirib ki, Trampın ətrafının tələb etdiyi hərbi texnika F-15 qırıcıları deyiləsə, ondan onlar respublikaçılara veriləcək.
Qeyd edək ki, ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İrandan həyatı üçün təhlükə olduğunu əsas gətirərək hərbi təyyarələr, nəqliyyat vasitələri və digər müdafiə texnikası tələb edib.
Zaur, BakuPost